Pərvin Abıyeva: “Daha çox kişilərlə dostluq edirəm, çünki…”

  • 07 iyun 2020, 23:31
“Gündəmdə olmaq və xəbər yaratmaq üçün çalışmamışam. Səhər gözümü açıb görmüşəm ki, qalmaqalın içindəyəm. Hələ də belə davam edir”.
Bu sözləri məşhur aktrisa Pərvin Abıyeva “Xəzər” televiziyasında yayımlanan “X maqazin” proqramına verdiyi müsahibəsində deyib.
Şəxsi həyatında heç kimin olmadığını deyən sənətçi tez nəzərə gəldiyini bildirib:
“Bu gündən etibarən bütün mediadan xahiş edirəm ki, şəxsi həyatımla bağlı mənə sual verməyin. Bununla bağlı heç kimə cavab verməyəcəyəm. Həyatım mənə aiddir. Şəxsi həyatımda heç kim yoxdur. Rahatam (gülür)…
Həyatımda kimsə olanda rahat yaşaya bilmirəm. Yazırlar, gizli-gizli foto və ya videolarımızı çəkib, sosial mediada paylaşırlar, müzakirə edirlər. Bu heç də xoş hal deyil. Mənə çox tez nəzər dəyir”.
P.Abıyeva qadınlarla deyil, kişilərlə dostluq etdiyini bildirib:
“Daha çox kişilərlə dostluq edirəm. Çünki əks cinsin nümayəndələri qadınlar kimi paxıllığınızı çəkmir”.
Oxşar xəbərlər