Brilyantdan sensasiya: Xalq artisti necə ölüb?..

  • 25 apr 2020, 21:07
Mənim göyçək, yaraşıqlı əmim oğlu - Rafael Dadaşov. Bizdən ayrılmağının 40 günü tamam oldu. Gözümü açandan səni belə yaraşıqlı, düzgün və zəhmətkeş gördüm.
Kult.az xəbər verir ki, bu sözləri xalq artisti Brilyant Dadaşova mərhum əmisi oğlu, xalq artisti Rafael Dadaşov haqqında sosial media hesabında yazıb.
Brilyant R.Dadaşov ilə bağlı müəmmalı iddia da səsləndirib:
"Sənin qoxun indi də burnumdan getmir. Heyif, sən xəstəxanaya düşəndə Bakıda olmadım. Ümumiyyətlə, məni xəbərdar etmədilər, məsləhətləşmədilər. Can sağlığınla, xəstəliyinlə öz verilişlərində reytinq düzəldənlərin ümidinə qaldın. Əlbəttə, televiziya vasitəsilə ifşa edilən həkimlər buna görə incik düşüb, səni yaxşı müalicə etmədilər.
Hətta vəziyyətinin tezliklə ölümlə nəticələnəcək dərəcədə ciddi olduğunu bildirmədilər.
Türkiyədən qayıdıb səni başqa xəstəxanaya yerləşdirdim, amma artıq çox gec idi. Çünki belə xəstəliklərdə bir gün də qızıla bərabərdir.
Yerinin cənnət olmasını Allahdan diləyirəm. Yaralı qəlbimizə bir çapıq da sənin gedişinlə vuruldu".
Qeyd edək ki, R.Dadaşov dekabrın 2-də Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.
R.Dadaşov martın 16-da vəfat edib.
Oxşar xəbərlər