"Santa-Barbara" serialının qəhrəmanı vəfat edib

  • 31 mart 2020, 12:33
ABŞ aktyoru Con Kallahan 66 yaşında vəfat edib.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə aktyorun həyat yoldaşı bildirib. Aktyorun ölüm səbəbi insult olub.
C. Kallahan 1989-cu ildən 1992-ci ilə qədər" Santa-Barbara" serialında çəkilib. Bundan başqa o, "Bizim həyatımızın günləri", "Böyük xəstəxana", "Detektiv Raş" və başqa seriallarda rol alıb.
Oxşar xəbərlər