“18 il efir üzünə həsrət qoymuşdular” – Mətanəti tənqid etdi

  • 22 fev 2020, 22:38
Aparıcı və aktyor Azər Aydəmir ad çəkməsə də, həmkarı Mətanət Əliverdiyevanı qadına şiddətlə bağlı ifadələrini tənqid edib.
Musavat.com xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb:
“Telekanal niyə reytinq vurğununu, özünəvurğunları işdə saxlayır axı? Məktəblərdəki kimi TV-lərə də psixoloq yerləşdirmək lazımdır ki, aparıcıların psixoloji durumunu hər həftə yoxlasın?”.
O, daha sonra M.Əliverdiyevanın uzun illər keçmiş ANS ÇM radiosundakı fəaliyyətini nəzərdə tutaraq “18 il bir otaqda saxlamışdılar, efir üzünə həsrət qoymuşdular bir nəfəri... Qardaş bilirdi də neyləyirdi. Niyə bəyənmirsiz axı?” deyə, bildirib.
Mətanət Əliverdiyevanı ile ilgili görsel sonucu
Qeyd edək ki, M.Əliverdiyeva proqramına qonaq olan müğənni Manaf Ağayevə “Qadın səni hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasan” sualını ünvanlayıb.
Manaf isə “Belə göründüyümə baxma, o vəziyyətə dözən deyiləm. Bir sözə görə baş kəsərəm. Ailəm məni qəşəng tanıyır ki, bu sözü desə, öldürərəm, asıb-kəsərəm. Bir dəfə təzə evlənəndə xanımıma əl qaldırmışam. Gəldim ki, uşaq ağlayır, onda bir dəfə vurmuşam. Üzr istəmədim. O mənə aid deyil” deyə, aparıcıya cavab verib.
Oxşar xəbərlər