Xəbər lenti
Bütün xəbərlər

Məşhur Hollivud ulduzu vəfat etdi

  • 06 fev 2020, 09:01

Dünyaca məşhur Hollivud ulduzu Kirk Duqlas 103 yaşında vəfat edib.

"Daily Mail” xəbər verir ki, bu haqda xəbəri onun oğlu, məşhur Hollivud ulduzu Maykl Duqlas verib.

"Qardaşlarımla birlikdə üzülərək bəyan etmək istəyirəm ki, atamız Kirk Duqlas həyatının 103-cü yaşında bu dünya ilə vidalaşıb”, – deyə M.Duqlas "Magazine” jurnalına müsahibəsində bildirib.

Xatırladaq ki, K.Duqlasa dünya şöhrətini tarixi "Spartak” filmindəki rolu gətirib. Bu film Roma imperiyasına qarşı üsyan qaldırmış qladiator haqqındadır.

Qeyd etmək lazımdır ki, D.Kirk əslən ukraynalı olub və əsl adı İssur Qerşeleviç Daniyeloviçdir.

Oxşar xəbərlər