Xəbər lenti
Bütün xəbərlər

“Altın Kelebek”i boykot etdilər, təxirə salındı

  • 17 dek 2019, 19:06

Türkiyənin nüfuzlu "Altın Kelebek” mükafatlandırma mərasimi təxirə salınıb.

 

"Qafqazinfo” xəbər verir ki, dekabrın 8-də baş tutacaq gecə qeyri-müəyyən vaxtadək uzadılıb.

Birinci tur səsvermənin 8 oktyabr, ikincinin isə 12 noyabrda bitdiyi tədbirin təxirə salınma səbəbi barədə açıqlama verilməyib. İddia olunur ki, Türkiyənin məşhur aparıcıları Didem Arslan Yılmaz (Habertürk TV), İrfan Değirmenci (Halk TV) və Fatih Portakal ( Fox TV)  "Kelebek”i boykot etdiyi üçün təşkilatçılar belə addım atıb.

Onlar bir müddət bundan əvvəl sosial şəbəkə hesablarında status yazaraq namizədliklərinin geri götürülməsini istəyiblər. Xəbər aparıcıları mükafatların öncədən bəlli olduğunu, süni şounun içində olmaq istəmədiklərini bildiriblər.

Qeyd edək ki, məşhurlarımız arasında Xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, Elçin Cəfərov, Murad Arif, Xəyyam Nisanov, Azad Şabanov, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva "ilin ən parlaq ulduzu” nominasiyası üzrə mübarizə aparırlar.

Oxşar xəbərlər