"Erməni dedi ki, ən gözəli Azərbaycan musiqisidir"

  • 29 noy 2019, 19:33
Əməkdar artist Nüşabə Ələsgərli Moskvada erməni musiqiçiləri ilə başına gələn hadisəni danışıb.
Müğənni "Onda başladıq" verilişində ermənilərin onun olduğu məkanda Azərbaycan mahnısı oxuduğunu deyib:
"Moskvada toya çağrılmışdım. Musiqiçilər erməni idi. Bilmirdim, orada erməni olacaq. Hardan bilim? Musiqiçilərdən biri qışqırdı ki, Valeriya, ən gözəl musiqi hara musiqisidir? O biri qayıtdı ki, ən gözəli Azərbaycan musiqisidr.
Sonra ürəyi dözməyib, mənə döndü ki, siz nə edirsiz? Azərbaycan musiqisini hara aparırsız? Çıxıb "Yenə payız gəldi" mahnısını oxudu".
Oxşar xəbərlər