Türkiyənin məşhur aktrisaları Bakıya gəlir

  • 22 noy 2019, 01:21

Bakıda V Türk Filmləri Həftəsi keçiriləcək.

Tədbir noyabrın 25-dən 29-na kimi Nizami Kino Mərkəzində gerçəkləşdiriləcək.

Tədbir ərəfəsində bir çox türk filmləri pulsuz nümayiş olunacaq. Eyni zamanda tanınmış simalar paytaxtımızın qonağı olacaqlar.

Bakıya gələcək məşhurlar arasında "Yahşi cazibe" serialında Simge obrazı ilə tanınan aktrisa Hande Katipoglu, "Kırgın çiçekler"dəki Kader - Naz Çağla Irmak yer alır.

Eyni zamanda qonaqlar arasında son günlər izlənmə sayına görə birinci sıralarda yer alan "7. Koğuştakı mucize" filmində Ova obrazında çəkilən balaca aktrisa Nisa Sofiya Aksungur də olacaq.

Oxşar xəbərlər