Sıla “Barış Pınarı” səbəbindən konsertlərini təxirə saldı

  • 11 okt 2019, 08:40

Türkiyəli məşhur müğənni Sıla Gençoğlu "Barış Pınarı" əməliyyatı səbəbindən konsertlərini təxirə salıb.

Bu barədə müğənni instagram hesabında yazıb.

"Dünən axşamdan bəri hadisələri böyük narahatlıq kədər və qayğı ilə təkib edirəm. Bilirsiniz, mən sənətin yaxşılaşdırdığına inanıram, ancaq vətən övladları canla-başla mübarizə apararkən, ailələri evdə övlad yolu gözləyərkən, günahsız uşaqlar, mülki vətəndaşlarımız yaralanarkən, ölərkən, coşqu və sevinclə səhnədə olma gücünü özümdə hiss etmirəm. İzləyicilərimin əfvinə, anlayışına sığınıram. Barış və huzur dolu günlərin yaxında olması diləyilə”, - Sıla yazıb.

 

Oxşar xəbərlər