"Məzhəb təəssübkeşliyi din təəssübkeşliyindən üstün olmamalıdır"

  • 25 sen 2019, 20:31

 

 

 

 

Dinin siyasiləşməsi və məzhəbçilik kimi məsələlərə də toxunan sədr müavini qeyd edib ki, bu məsələlər dini radikalizm və xurafatdan heç də az təhlükə daşımır. Respublikamızda da dinin siyasiləşdirilməsinə və məzhəbçiliyin təbliğinə cəhdlər var, amma bu cəhdlərin perspektivi görünmür.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Beyləqanda "Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda keçirilən regional konfransda deyib.

Komitə rəsmisi radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifləndirmə işinin düzgün metodlarla təşkili məsələlərindən danışıb. Onun sözlərinə görə, dini radikalizmlə mübarizənin gücləndirilməsi və milli-mənəvi dəyərlərin qorunub saxlanılması məqsədilə dini maarifləndirmə işinin aparılması zəruridir.

G.İsmayılov vurğulayıb ki, Azərbaycan xalqının yüksək mədəniyyəti, mill-mənəvi dəyərlərə bağlılığı, dünyagörüşü və dövlətin apardığı siyasət buna imkan verə bilməz. İslam dininin bütün məzhəblərin fövqündə dayandığını vurğulayan Gündüz İsmayılovun sözlərinə görə, məzhəb təəssübkeşliyi din təəssübkeşliyindən üstün olmamalıdır.

 

Dinimizin xurafata, cahilliyə və radikalizmə qarşı olduğunu diqqətə çatdıran DQİDK-nın sədr müavini deyib ki, bu kimi mənfi halların baş verməsinə səbəb dini bilgilərin yetirərincə olmamasıdır.

Oxşar xəbərlər