Xəbər lenti
Bütün xəbərlər

Fazil Mustafa: “Müğənninin elə bir hərəkəti ola bilər ki...”

  • 03 sen 2019, 21:41

"Bir alim, ciddi insan bölgəsinin təxəllüsünü götürəndə həmin bölgə üçün böyük fəxarət ola bilər. Amma bölgəsinin təxəllüsünü götürmüş şou-əhlinin nümayəndəsi elə bir hərəkət edə bilər ki, bu da həmin bölgənin insanlarını incidə, narahatlıq doğura bilər”.

Bu sözləri deputat Fazil Mustafa musavat.com-a açıqlamasında bildirib. 

Deputat qeyd edib ki, bölgə adlarını götürən şəxslər daha ciddi və ədəbli olmalıdır: "Çünki şəxsin barəsində deyilən fikirlər, təhqirlər və yaxud xoşa gəlməyən ifadələr bölgədən olan insanlarda müəyyən mənada problemlər yarada bilər. Qanunvericiliklə bölgənin adını təxəllüs götürməyi qadağan etmək olmaz və doğru da deyil. Sadəcə şəxslər bilməlidirlər ki, buna sırf mənəvi məsələ kimi baxmaq lazımdır. Əgər sən bölgənin adını özünü təxəllüs götürürsəsnə onun adına layiq davranışlar etməlisən. Yoxsa ki, sən çoxlu yataq dəyişib, bölgənin adını özünə qoşursansa, sən həmin bölgənin insanları üçün utanverici məqamlar yaradırsan. Yaxud narkoman və yaxud yüngül həyat tərzi ilə gündəmə gəlirsənsə, məhz bu bölgənin adını xatırlanması qıcıq yarada bilir. 

Yoxsa ki bir alim Naxçıvanlı, Tovuzlu, Qazaxlı təxəllüsünü götürəndə əlbəttə ki, belə bir problemlər yaşanmır. Kriminal aləmdə də bölgə adlarını təxəllüs götürmək adəti var. Lakin onlar rəsmi sferaya daxil olmadıqlarından kriminal aləm üçün bəlkə bu, müəyyən dərəcədə uyğun gələ bilər. Amma axı, digərləri üçün bu, uyğun gəlmir”.

Xatırladaq ki, tamada Nazilə Səfərli özünə el-obasının təxəllüsünü götürənləri kəskin tənqid edib. Sənətçi bildirib ki, hər hansı tanınmış sima özünü doğrultmadığı halda götürdüyü təxəllüs el birliyi ilə ondan alınmalıdır: "Bu, mənim şəxsi fikrimdir və hər kəsə şamil deyil... Hər bir yazar, şair, aşıq, xanəndə, mügənni, yaxud adını məşhurlaşdırmağa çalışan və buna müvəffəq olan insan özünə el-obasının (şəhər, kənd, mahal və s.) adını təxəllüs, ləqəb götürürsə, boynuna ağır yük götürdüyünü dərk etməlidir. Ümumiyyətlə, təxəllüs götürməzdən əvvəl ağsaqqallardan, o el-obanın qeyrətli oğullarından icazə alınmalıdır. Məhz bu təxəllüslərə görə çox hörmətli insanlar boyun bükür, qana düşür. Niyəsi odur ki, bölgə adını üstünə götürüb tuman-paça video paylaşa bilməzsən, ay müğənni! Əlində şərab stollar gəzə bilməzsən!”

İddialara görə, Nazilə Səfərli bu sözləri geyimi tez-tez tənqid olunan müğənni Şəbnəm Tovuzluya ünvanlayıb.

Oxşar xəbərlər