Xəbər lenti
Bütün xəbərlər

Türkiyəyə ərə gedən aktrisa ana olacaq – Fotolar

  • 23 avq 2019, 14:51

Azərbaycanlı aktrisa Cəmilə Tağızadə Təmiz ana olacaq. 

O, bu haqda musavat.com-a açıqlamasında deyib. 

O, bildirib, hələ ki, övladının cinsiyyətini bilmir: "Mən uşaqları çox sevirəm. Övladım olmasını çox istəyirdim. Şükür Allah bizə övlad verdi. Sağ-salamat doğulsun. Bir müddət açıqlamaq istəmirdim, amma dostlar sosial şəbəkədə mənə təbrik yazdıqları üçün gizlətmək qərarımı dəyişdim. Hələ, cinsiyyətini öyrənməmişəm. Bizim üçün fərqi yoxdur”. 

Qeyd edək ki, C.Tağızadə 2017-ci ilin sentyabrında Murad Təmiz adlı həkimlə ailə həyatı qurub. O, iki ildir Türkiyədə yaşayır.

Oxşar xəbərlər