Özcan Dəniz boşanmaq üçün razılığa gəldi

  • 27 iyun 2019, 18:14

Müğənni Özcan Dəniz ilə həyat yoldaşı Feyza Aktanın boşanma detalları üzə çıxıb. 

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük məhkəmə zalına birlikdə gəlib. 

Onların boşanma prosesi 15 dəqiqə çəkib və razılaşmalı olaraq nikahlarına son qoyublar. Məhkəmə zalından çıxarkən Feyzanın kədərli olması diqqətdən qaçmayıb. 

Feyzanı qucaqlayan Özcan onu sakitləşdirib. Onlar birlikdə məhkəmə binasından ayrılıblar. Daha öncə oğlunun himayəçiliyini istəyən Özcan məhkəmədə  ortaq vəlayətə razı olub. 

Oxşar xəbərlər