Speysdəki ədəbsizlik məhkəməyə çıxarılır - MTRŞ

  • 07 apr 2019, 12:59

Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) Speys televiziyasını cərimələyib.

Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Speys TV-nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz və ifadələr MTRŞ tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib və 5 aprel 2019-cu il tarixində kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qərar qəbul edilib. İş məhkəməyə göndərilib", - Dadaşov bildirib.

Oxşar xəbərlər