Məşhur amerikalı repçi qətlə yetirildi

  • 01 apr 2019, 19:16

Amerikanın məşhur reperi Nipsey Hussle (Ermias Asghedom) Los-Anceles şəhərində qətlə yetirilib.

Oxu.az-ın məlumatına görə, bu barədə "NBC News” portalı xəbər yayıb.

33 yaşlı musiqiçi şəxsi geyim mağazasının yanında atəş açılaraq öldürülüb. Polis atəş açma faktını təsdiq edib.

"Twitter”də yayılan məlumata görə, atəş səsləri Amerika saatı ilə 15:20-də Slauson prospekti və Krenşau bulvarında eşidilib. Polis faktla bağlı araşdırmalara başlayıb.

Dünya şöhrətli reperlər 50 Cent, basketbolçular Stefan Karri və Leybron Ceyms repçi Nipsey Husslenin ölüm xəbəri ilə bağlı üzüntülərini sosial şəbəkə hesablarında dərc ediblər.

Qeyd edək ki, Nipsey Hussle Los-Anceles şəhərində doğulub. Karyerasına 2008-ci ildə başlayıb.

O, Drake, Rick Ross, Tyga, Young Thug və Snoop Dogg kimi məşhur sənətçilərlə çalışıb. Repçinin debüt albomu "Vixtory Lap” nüfuzlu "Gremmy” musiqi mükafatına layiq görülüb.


Oxşar xəbərlər