Xəbər lenti
Bütün xəbərlər

Miri Yusif 3 gün konsert verəcək

  • 28 fev 2019, 16:42

Müğənni Miri Yusif iyunun əvvəlində Yaşıl Teatrda üç gün solo konsert verəcək.

Müğənni bu barədə şəxsi "İnstaqram” səhifəsində məlumat yayıb. 
"Əziz ruh əkizlərim, iyunun 7, 8, 9-da Yaşıl Teatrda görüşə hazırsınızmı?! Sizin üçün və sizlərlə birlikdə oxumaq üçün çox darıxmışam”.

İfaçı konsertdə yeni və köhnə hitlərini ifa edəcək. Konsertin biletləri hələ satışa çıxarılmayıb.

Qeyd edək ki, keçən il iyul ayında da Yaşıl Teatrda Miri Yusif üç günlük konsert proqramı ilə çıxış etmişdi.

Oxşar xəbərlər