"Zəhləm gedir öz doğum günümdən..."

  • 13 avq 2018, 15:48
Bu gün xalq artisti Elmira Rəhimovanın doğum günüdür. Elmira Rəhimova 1941-ci ilin bu günü dünyaya gəlib. Xalq artisti doğum günü ilə bağlı Moderator.az-a danışıb. 

Elmira Rəhimova ilə qısa müsahibəni təqdim edirik:

- Elmira xanım, bu gün sizin doğum gününüzdür, Sizi ürəkdən təbrik edirik

- Çox sağ olun, amma kaş olmayaydı mənim doğum günüm. Zəhləm gedir öz günümdən.

- Niyə bu günü xoşlamırsınız?

- Ömrü boyu xaricdə qastrollarda olmuşam və heç vaxt bilməmişəm ki, mənim doğum günümdür. Doğum günümü heç vaxt qeyd etməmişəm. Doğulduğum gün qanım qaralır.

- Elmira xanım, doğum gününüzdə ən çox kimlərdən təbrik gözləyirsiniz?

- Heç kimdən təbrik gözləmirəm. Hamıya can sağlığı və xoşbəxt günlər arzulayıram. Xalqıma qurban olum. 

- Doğum gününüzdə sizin üçün ən böyük hədiyyə nədir?

- Xalqımın sağlam və firavan yaşamağı. Görürsünüz də bütün dünyada müharibələr gedir, amma biz sakit yaşayırıq. Hökümətimiz sağ olsun. 

- Sizin üçün xalq artitsi ilə xalqın artisti eyni şeydirmi?

- Əlbəttə ki, qanan və qanmayan var. Mən həddindən artıq həssas adamam. Mənim üçün bunun fərqi var. Çox sağ olsunlar ki, məni bu ada layiq görüblər. 

- Səhhətiniz necədir?

- Səhhətimdən danışmayın. Dərmanlarla yaşayıram. Səhhətim çox pisdir. Günü-gündən pisləşirəm. Cavan da deyiləm axı, yaş özün göstərir. Arzum odur ki, bütün balalarımız salamat olsunlar. 
Oxşar xəbərlər