"Heydər" məscidinin axundu və imamı haqda xəbər yayıldı

  • 28 dek 2014, 15:21
Bakıda yeni açılan "Heydər" məscidinin axundu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev (Nurullah), imamı isə QMİ sədrinin birinci müavini müfti Hacı Salman Musayevin (Əfəndi) olacağı gözlənilir.

Trend-in məlumatına görə, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə məhz bu şəxslərin məscidə rəhbərlik etməsini istəyib. Məscid tam fəaliyyətə başladıqdan sonra isə bununla bağlı müvafir əmr veriləcək.

Əldə etdiyimiz məlumata görə, onların hər birinin ayrılıqda bir neçə köməkçi axundu və imamları da olacaq.

Bundan əlavə, "Heydər" məscidində sünni və şiə məzhəbindən olan müsəlmanlar cümə günləri birgə şəkildə vəhdət namazları qılacaqlar.

***

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) "Heydər" məscidinə təyinatlar barədə məlumatlara aydınlıq gətirib.

İdarədən bildirilib ki, "Heydər" məscidinə axund, imam vəzifələrinə heç bir təyinat olmayıb: "Yayılan informasiyalar həqiqətəuyğun deyil".

***

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, dövlət vəsaiti hesabına Binəqədi rayonunda yerləşən "Heydər" məscidinin tikintisi Bakı şəhər İcra Hakimiyyətı tərəfindən icra olunub. Bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, məscidinn saxlanılması və idarə edilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilib.

""Heydər" məscidinin axundunun və imamının təyinatı haqqında məlumat veriləcəkdir",- məlumatda bildirilir.

 

Demokratik.Az