Aytən peşmandır - Mətanətə görə üzr istədi

  • 04 iyun 2018, 19:41

ATV kanalında yayımlanan "Maşın” şounun qalmaqallı iştirakçısı Aytən Səfərovanın instaqramda müraciəti yayımlanıb. 

Aparıcı bir neçə gün bundan əvvəl həmkarı Mətanət Əliverdiyanı şoudan çıxarmadığına görə peşman olduğunu bildirib: 

"Əzizlərim, mən sizin hamınızın etimadını, inamını, mənə olan hörmətini bir dəqiqənin içində itirmişəm. Çox böyük bir səhv etdiyimi anlamışam. Amma çox gec! Məni qınayıb tənqid edirsiz. Düz də edirsiz, haqqınızdır! Boynum hər birinizin qarşısında tükdən incədir. Hamınızdan üzr istəyirəm. Allah öz qullarının səhvini bağışlayır. Bu mübarək ayda bağışlayın və səhvimi düzəltmək üçün son şans verin. Mənə qəzəbli olan insanların ürəyində rəhm hiss olduğuna inanıram, böyüklüyünüzü əsirgəməyin!”.

 

Qeyd edək ki, A. Səfərova canlı yayımda duelə keçmiş rəfiqəsi Mətanət Əliverdiyevanı dəvət etmişdi. O, yüksək səs toplasa da, həmkarını çıxarmamış, aktyor-aparıcı Məcid Hüseynovu şoudan kənarlaşdırmışdı. 

Aytənin bu addımı sosial şəbəkələrdə etiraza səbəb olmuş, aparıcı sözünün üstündə durmadığı üçün tənqid edilmişdi. (Qafqazinfo)


Oxşar xəbərlər