Xəbər lenti
Bütün xəbərlər

GDU xeyriyyə konserti təşkil etdi

  • 19 dek 2014, 21:48
19 dekabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin rəhbərliyinin dəstəyi ilə Kimya-biologiya fakültəsinin təşəbbüsü və Tələbə Gənclər Təşkilatının  təşkilatçılığı ilə Cəfər Cabbarlı adına Gəncə şəhər Dram Teatrında "Biz və onlar” adlı xeyriyyə konserti olmuşdur.Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Qulu Abdullazadənin saytımıza verdiyi məlumata əsasən bu layihə üçün aksiya 26 noyabr tarixindən start verilib. Layihənin yekunu üçün keçirilən  konsertdən əvvəl Kimya-biologiya fakültəsinin dekanı dosent İsfəndiyar Alverdiyev, Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxış edərək son vaxtlar Universitetimizdə hər sahədə yaranan canlanmadan, uğurlu işlərdən, Gənclər Təşkilatının fəallığından bəhs etdilər. Kimya-biologiya fakültəsi tələbələrinin icrasına start verdikləri "Biz və onlar” layihəsi də bu qəbildən olan tədbirlərdən biri kimi öz bəhrəsini verməkdədir. Layihəyə əsasən konsert xeyriyyəçilik məqsədi daşıyır.
Konsertin repertuarının maraqlı və zəngin olmasında Kimya-biologiya fakültəsi tələbələri ilə yanaşı Filolgiya, İqtisadiyyat və idarəetmə fakültə tələbələri də öz töhfələrini əsirgəməmişlər. Bu baxımdan xeyriyyəçilik konserti tamaşaçıların rəğbətini qazandı.
Tələbə Gənclər Təşkilatı xeyriyyəçilik konsertindən toplanan vəsaitlə uşaq evinə Yeni il sovqatı aparacaq, alınan hədiyyələrlə nisgilli balaları sevindirəcək, onların yaddan çıxmadıqlarını, tək olmadıqlarını bir daha nümayiş etdirəcəklər.
 
Demokratik.Az
Oxşar xəbərlər