Xəbər lenti
Bütün xəbərlər

Azərbaycan aktrisası beynəlxalq müsabiqənin qalibi oldu

  • 28 apr 2018, 09:14
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədova Rusiya Federasiyasının və Moskva vilayətinin Mədəniyyət Nazirliklərinin dəstəyi və Rusiya Teatr Xadimləri ittifaqının təşkilatçılığı ilə baş tutacaq XII Beynəlxalq Yay Teatr məktəbində təhsil almaq üçün müsabiqədə qalib gəlib.

Modern.az-ın məlumatına görə, gənc aktrisa dünyanın 30 xarici ölkə teatrları və Rusiya Federasiyasının 40 şəhərindən olan teatr aktyorları arasında seçilərək bu il iyun ayının 1-dən 28-dək Moskvada keçiriləcək Beynəlxalq Yay teatr məktəbində ölkəmizi təmsil edəcək.

Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı artıq 12-ci ildir teatr sənəti sahəsində belə bir iri miqyaslı təhsil layihəsini reallaşdırır.

Rusiyanın Xalq Artisti, Rusiya Federasiyasının Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kolyaginin rəhbərliyi ilə gerçəkləşən və səhnə sənəti ilə məşğul olan gənclər üçün böyük önəm kəsb edən Beynəlxalq Teatr Yay məktəbində 3 həftə müddətində müdavimlər aktyor sənətinin vacib elementlərini özündə birləşdirən ustad dərslərdə, treninqlərdə, nəzəri mühazirələrdə, aktyor sənəti, səhnə danışığı, səhnə hərəkəti, əlaqəli improvizasiya, vokal, ritmika, müasir rəqslər, qrim, qılınc və səhnə döyüşləri üzrə təlimlərə cəlb ediləcəklər.

Teatr məktəbinin pedaqoji heyəti Rusiyanın aparıcı Ali Sənət Ocaqlarının tanınmış heyətindən ibarət olaraq bur neçə janr üzrə - dramatik, kukla, xoreoqrafiya və meydan tamaşaları tədris müddətinin sonuna yaxın gənc aktyorların iştirakı ilə hazırlanaraq, Moskva şəhərinin aparıcı teatrlarında və İttifaqın binasında, eləcə də Moskvanın mərkəzi küçələrində kütləvi nimayiş etdiriləcək.

Təhsil müddətində eyni zamanla tələbə aktyorların Rusiya və xarici teatr mütəxəssisləri ilə görüşləri və teatr tamaşalarını seyr etmələri də nəzərdə tutulub. 
Oxşar xəbərlər