Bu kadrlar Aygünün klipindən çıxarıldı

  • 02 apr 2018, 13:14

Xalq artisti Aygün Kazımovanın bir neçə gün bundan əvvəl təqdim etdiyi "Hardasan” klipi ilə bağlı maraqlı detallar ortaya çıxıb. "Qafqazinfo” xəbər verir ki, layihənin təqdimatından əvvəl klipdən fotolar mətbuatda dərc edilib. Lakin həmin kadrlara ekran işində rast gəlinməyib. 

Məlum olub ki. A. Kazımovanın istəyi ilə həmin görüntülər klipdən çıxarılıb.  Buna səbəb isə sənətçinin çəkiliş zamanı burnunu zədələməsidir.  "Youtube”də yayımlanan görüntülərdə rejissor müğənninin burnundakı zədəni gizlədə bilməyib.  

Klipdən də göründüyü kimi Kazımovanın üzündəki şiş xüsusi proqram vasitəsi ilə solğunlaşdırılıb. Klipə diqqətlə nəzər yetiriləndə həmin qüsurları bir çox kadrlarda görmək mümkündür. 

Qeyd edək ki, A. Kazımova təqdimatdan əvvəl mövzu ilə bağlı "Qafqazinfo”ya açıqlama vermişdi:

"3-4 gün bundan əvvəl klip çəkdirmişəm. Hətta yıxıldım, burnumdan zədə aldım. Rejissor bunu necə gizlədək bilmirəm. Zədə almağıma baxmayaraq çəkiliş dayanmadı, davam etdi”. 


Oxşar xəbərlər