Demokratik TV
Xəbər lenti
Elmira Rəhimova: “Oxuya bilmirəm, səsim batıb”
- 30 yan 2018, 14:25
Efirlərdən uzaq gəzən, uzun müddətdir ki, səhhətində problem yaranan Azərbaycanın xalq artisti Elmira Rəhimovadan xəbər var.

O, "Xəzər"in efirinə nəvələri Elmira və Tofiqlə birgə qatılıb. Rəhimova 10 ildir ki, canlı efirə çıxmadığını bildirib: "10 ildir ki, efirlərdən uzağam. Yaddaşımda problemim var. Hər şeyi unuduram. Hər zaman öz səsimlə oxumağa öyrəşmişəm. İndi səsim batıb, zümzümə edə bilmirəm”.
Bu arada qeyd edək ki, xalq artisti bir müddət əvvəl "Qafqazinfo”ya açıqlamasında "Bütün efirlərdən imtina edirəm, ekranlarda görünmək istəmirəm. Hazırda canımla əlləşirəm. Səhhətimdə problemlər var. Dərmanlarımı qəbul edirəm, inanıram ki, hər şey yaxşı olacaq”,-deyə bildirmişdi.
Müğənninin yaxınları isə Elmira Rəhimovanın şəkər xəstəliyindən əziyyət çəkdiyini, həkim nəzarətində olduğunu demişdi.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti