Demokratik TV
Xəbər lenti
Fatimədən Xatunun onu döyməsi xəbərinə açıqlama
- 28 yan 2018, 11:24
Rəqqasə Fatimə Fətəliyeva müğənni Xatun Əliyeva tərəfindən döyülməsi xəbərləri ilə bağlı açıqlama verib.
axşam.az-ın məlumatına görə, rəqqasə belə bir hadisənin baş vermədiyini, menecerinin açıqlamasının yanlış yazıldığını bildirib:
"Telefonuma dünən zəng gəldi. Verilişə gecikdiyimdən dedim ki, işçim cavab verəcək. O da deyib ki, "Fatimə xanım bu haqda danışmaq istəmir. Söhbəti öz aralarında bağlayıblar”. Jurnalist soruşub ki, döyülmə olub? O da cavab verib ki, "Belə bir şey baş verməyib. Fatimə xanımın boş işlərə baş qoşmağa vaxtı yoxdur. Sənəti ilə məşğuldur, başı layihələrə qarışıb”. Yazırlar ki, döyülmə faktını təsdiqləmişəm. Mən aramızda söz-söhbət olması faktını təsdiqləmişəm, olmayan davanı təsdiqləməmişəm. Bunu düzgün başa düşün! Döyülmə olmayıb. Xına evi açılmağına görə də ortada dava yoxdur. Bu, axırıncı açıqlamamdır”.
Fatimə bildirib ki, bütün bunları onu gözdən salmaq üçün edirlər:
"Guya mən paxıllıq eləmişəm. Mən heç kimə paxıllıq etmirəm, Allah hamının ruzisini özünə görə verir. Nə olub, necə olub bu barədə danışmaq istəmirəm, istəməyəcəm də! Məni kimsə döysəydi, iş polisdə olardı. Mənə heç kim xəsarət yetirməyib. Nə də mən heç kəsə əl qaldırmamışam. Biz hamıya örnək olmalıyıq. Belə söhbətlərlə yaddaşınızsa qalmağımız ayıbdır. İstəmirəm, tamaşaçılarımdan qazandığım hörməti bu söhbətə görə itirim. Məni hörmətdən salmaq istəyirlər, elin gözü tərəzidir. Boş söhbətləri bağlayaq. Buna ayıracaq vaxtım yoxdur”.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Rəqqasə Aytən canlı efirdə belə oynadı - fotolar
"Keçmişimi unudan insan deyiləm”-Rəqsanədən açıqlama
Ermənistana sığınan xain açıqlama yaydı : “Kimlər ki məni söyürlər…”
Hafiz Hacıyevin qızı avtoşluğa görə saxlanılıb?
Mənsimovdan gəmilərin müsadirəsinə reaksiya - “Olmasın 200, olsun 10...”
Günay kimin sevgilisini əlindən alıb?
"İlhamə heç vaxt tarixdə qalmayacaq" - Floradan sərt sözlər
Ayaz Mütəllibovdan Rəsul Quliyevə cavab: “Onun səviyyəsinə enmək istəmirəm”
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti