Sevdadan qayınanasına sərt cavab: “Sənə nifrət edirəm”

  • 11 yan 2018, 13:23

Müğənni Sevda Sanaliyeva qayınanasının onun haqqında səsləndirdiyi ittihamlara cavab verib.

Musavat.com xəbər verir ki, ifaçı şəxsi "İnstaqram” hesabında təhqirlərə məruz qaldığı üçün məhkəməyə müraciət edəcəyini vurğulayıb:
"Həm zəng vurub məndən üzr istəyirsən, həm də arxamca yenə söyürsən. Yəqin, "sevgi"nin gücündəndir. Amma sənə nifrət edirəm. Bu və o biri dünyada iki əlim yaxanda olacaq. Rəhmətə gedən anamı söydüyün üçün məndən üzr istəyən insan! Sənin üzrünü qəbul etməmişdim. Sən demə, düz etmişəmmiş. Böyüklük məndə qalsın. Əgər bir də məni təhqir etsən, hədə gəlsən, ailəm haqqında danışsan, səni məhkəməyə verəcəyəm. Sabah ilk işim təhlükəsizliyimizi qorumaq üçün bəzi qurumlara müraciət etmək olacaq. Əgər ailəmin başına nə isə gəlsə, verdiyin müsahibələrdə hədə-qorxu dolu sözlərini sübut olaraq təqdim edəcəyəm”.

Sanaliyeva onu qınayanlara isə şərh bölməsində cavab verib: "Yoldaşımın özü məni məcbur edir ki, daha bəsdir, bu təhqirlərə susma, üzünə baxmağa utanıram. Ağızlarının payını verim ki, görsün kimi söyür. Oğlu anasının sizin bilmədiyiniz küçə söyüşlərinə şahid olur, şoka düşür. Nə nəslimiz, nə də gorumuz qaldı. Oğlu ancaq üzrxahlıq edir”.

Qeyd edək ki, müğənninin qayınanası sosial şəbəkədə aşağıdakı fikirləri bölüşmüşdü: 
"Sən Cəmili evlə, maşınla, paltarla aldadıb özünə ər etmisən. O, özü də deyib ki, Sevdanı aldadıb atacağam. Onun səsyazısı da var. İki uşağın ahı Sevdanı tutacaq. Sevda özü də deyib ki, mənim uşaqlarımın atası Cəmil yox, İlkindir. Sevdanın verdiyi bütün məlumatlar yalandır, hamısını da sübut edə bilərəm. O, bu həyatda rahat yaşamayacaq, bunu bilsin. Görsün onun başına nə oyun açılacaq. Bu işin sonunu gözləsin. Elə bilir xoşbəxt yaşayacaq? Hələ xoş günlər görsün. Bir də görəcək ki, ərsiz qalıb. Bu sözləri yazan Cəmilin anasıdır. Mənim oğlum orada olduğu müddətdə mən də onu rahat buraxmayacam".

"Demokratik.Az"

Oxşar xəbərlər