Azərbaycanlı müğənninin "Lexus"u saxta çıxdı

  • 11 noy 2014, 19:19

Əməkdar artist Nüşabə Ələsgərli "Düzünü desək” verilişində qonaq olub.

Demokratik.Az axşam.az-a istinadən bildirir ki, müğənni başına gələn bir hadisədən söz açıb:

""Lexus” markalı avtomobil satırdılar. Gördüm, ili yenidir, maşına söz ola bilməzdi. Çox qəşəng idi. Satan şəxsdən xarab olub-olmadığını da soruşdum, dedi, inanmırsansa, get mərkəzdə yoxlatdır. Mən də onun sözünə inanıb getmədim. Anam, oğlum və mən Şəkiyə gedirdik. Şamaxının dolama yollarında maşının əyləci gah tutdu, gah yox. Biz ölümlə üz-üzə qaldıq. Şəhərə güclə qayıtdıq. Avtomobili apardım mərkəzə ki, bəlkə, problemi var. Dedilər bu, "yaponka” maşındır. Sükan sağda olub, sola keçiriblər. Ona görə də əyləc yaxşı tutmur. Həmin insanı çağırıb maşını özünə qaytardım. Amma əvvəlcədən bunu deməliydi”.

 

Demokratik.Az