Ramiz Məlik Məleykə Əsədovaya : “Fahişə elə fahişədir, səni..."
- 03 okt 2017, 12:31
Xalq artisti Ramiz Məlik həmkarı, xalq artisti Məleykə Əsədovanın geyimlərinə irad bildirib.
Turkustan.info xəbər verir ki, tanınmış aktyor "facebook” sosial şəbəkəsində M. Əsədovaya məsləhət verib:
"Məleykə, belə şəkillərlə özünü biabır etmə. İlk növbədə özünü yox, sənə verilən o fəxri adı və teatr kollektivini düşün”.
Ramiz Məlikin bu şərhi Əsədovanı qəzəbləndirib. O, "qafqazinfo”ya açıqlama verərək, "Ramiz, indi qeyrətə gəlmisən?” deyib.
Yenicag.az saytına açıqlama verən Ramiz Məlik həmkarının bu sözlərini cavabsız qoymayıb:
"Şortikdə şəkillərini qoyub, deyirəm ki, ayıbdır, özünü reklam eləmə. Xalq artistisən, teatrın imicini qoru. Mən evdə olmamışam, yoldaşıma zəng edib, təhqir yağdırıb, hədələyib. Deyir, onun başına oyun gətirərəm. Mənim qeyrətim yoxdur? Mənim ailəmdə nə var? Sən bir dön keçmişinə bax, gör nələrdən çıxmısan? Mamedi birgünlük gətirib, özünə toy elədin. Özünü göstərmisən. Doğmusan bəyəm? Fahişə elə fahişədir. Səni bütün Azərbaycan tanıyır. Mənim ağzımı açmasın. Hər şeyi çox yaxşı bilirəm. Mən nə etmişəm ki? Sadəcə, bir ağsaqqal kimi məsləhət görmüşəm ki, şortikdə şəkilini paylaşma. Tərbiyəsiz sənsən e. 6 yaşın olanda atan ananı fahişəliyinə görə atıb getdi. Bunları istəyirsən mən deyim? Adamın nə qədər sponsoru olar?”
Demokratik.Az