Şövkət Məmmədovanın 120 illik yubileyi qeyd olunacaq

  • 03 okt 2017, 12:17

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında oktyabrın 11-də Cüzeppe Verdinin "Traviata” operasının tamaşası keçiriləcək. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşa Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ xalq artisti, professor Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olub.

Qeyd edək ki, Ş.Məmmədova uzun illər Azərbaycan Opera və Balet Teatrının solisti olub və teatrın səhnəsində Nərgiz ("Nərgiz"), Gülzar ("Şah İsmayıl"), Şahsənəm ("Şahsənəm"), Cilda ("Riqoletto"), Violetta ("Traviata"), Rozina ("Sevilya bərbəri") və s. obrazlar yaradıb.

Tamaşada əməkdar artistlər İnarə Babayeva (Violetta), Fərid Əliyev (Alfred), Cahangir Qurbanov (Jermon), Əkrəm Poladov (Doktor Qrevil), xalq artisti Əli Əsgərov (Markiz d`Obinyi) və gənc solist Nina Makarova (Flora) çıxış edəcəklər.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

 

Oxşar xəbərlər