Bakıda nağıl qəhrəmanlarına həsr edilmiş festivalı başlayıb

  • 09 iyun 2017, 18:15

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 9 iyun - Beynəlxalq Dostlar Günü münasibətilə festival başlayıb.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində ilk dəfə reallaşan yürüş Azərbaycan Dövlət Kukla Teatrından başlayıb Dənizkənarı Milli Park ərazisindən keçməklə "Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində bitib.

Azərbaycan Dövlət Kukla Teatrının daimi sakinləri olan müxtəlif nağıl qəhrəmanları musiqi sədaları altında dostluq çağırışları ediblər. Uşaqlar üçün nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı tədbirlər, tamaşalar, konsert proqramları, müxtəlif yarışmalar keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, üç gün davam edəcək rəngarəng festival çərçivəsində Dövlət Kukla Teatrının uğurlu səhnə nümunələrindən olan "Qoğal” tamaşası da nümayiş olunacaq.

İyunun 10-da Dövlət Kukla Teatrı nəzdində "Oyuq” teatr-studiyasının balaca istedadlarının təqdimatında səhnəciklər və rəngarəng konsert proqramı təqdim ediləcək.

Festivalın son günü "Oyuq”çular modelyer Könül Vəlibəylinin xüsusi olaraq festival üçün hazırladığı Azərbaycanda yaşayan milli azlıqların geyimlərindən ibarət kolleksiyasını da nümayiş etdirəcəklər.

 

Demokratik.Az

Oxşar xəbərlər