2,5 milyon dollar uduzub internet ulduzu oldu

  • 11 fev 2017, 12:50

2 500 000 dollar uduzan kişi özünün kədərli əhvalatını "Reddit” forumunun istifadəçiləri ilə bölüşüb.
 
İKT.lent.az-ın "vistanews.ru” saytına istinadən məlumatına görə, hər şey ondan başlayıb ki, ona Əmisindən külli miqdarda, yəni 2 500 000 dollar miras qalıb. Kişi pulları ağılla xərcləmək istəyib və ilk əvvəl bəxti gətirdiyi pul qoyuluşları etməyə başlayıb.

Ancaq neftin qiymətinə qoyduğu pul qoyuluşundan sonra 500 000 dollar itirib. Sonra bu kişi daha 300 000 dollar itirib. Buna səbəb isə o olub ki, 31 yanvar hesabatı dərc edildikdən sonra "Apple” şirkətinin səhmlərinin ucuzlaşacağına pul qoyub. Ancaq hər şey tərsinə olub və nəticədə kanadalı yatırdığı bütün vəsaitləri itirib.

"Brexit”ə və Klintonun ABŞ-da keçirilən prezident seçkilərindəki qələbəsinə uğursuz pul qoyuluşları isə ona gətirib çıxarıb ki, sonda kanadalı banklara 100 000 dollar borclu qalıb.

 

Sabiq milyonçunun əhvalatı şəbəkədə böyük ajiotaj yaradıb. Ancaq bir çox istifadəçilər bu əhvalatı uydurma adlandırıb.

Oxşar xəbərlər