Xəbər lenti
Bütün xəbərlər

Şvartsneggerdən Trampa təklif: "gəl iş yerlərimizi dəyişək''

  • 03 fev 2017, 13:08
ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru, məşhur aktyor Arnold Şvartsnegger prezident Donald Trampın tənqidlərinə cavab verərkən dövlət başçısına iş yerlərini dəyişdirməyi təklif edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, döyüş filmlərinin ulduzu "Twitter" səhifəsində D.Trampa cavab videosu yerləşdirib.

A.Şvartsnegger video müraciətdə deyib: "Ey, Donald, əla ideyam var: gəl iş yerlərimizi dəyişək. Sən reytinqlər üzrə ekspert olduğundan qayıt teleməkana, mən isə sənin işinin başına keçim və insanlar da gecələr rahat yata bilsinlər".

Qeyd edək ki, D.Tramp dünən Milli Dua Yeməyi zamanı "Məşhurların şagirdi" teleşousunun aparıcısı kimi uğurlu olduğunu, A.Şvartsneggerin aparıcılığa başladıqdan sonra isə verilişin reytinqinin aşağı düşdüyünü bildirərək məşhur aktyoru tənqid edib.
Oxşar xəbərlər