1218 azərbaycanlı əcnəbiyə ərə gedib
- 26 yan 2017, 20:17
"2016-cı il ərzində ölkə vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər arasında 2431 nikah qeydə alınıb”.
Bu haqda Ədliyyə Nazirliyindən Modern.az-ın
sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə ailə quran azərbaycanlı
kişilərin sayı 1213 olub. Əcnəbiyə ərə gedən xanım azərbaycanlılar isə 1218 nəfərdir.
Rəsmi məlumata görə, Azərbaycan vətəndaşları ilə nikaha daxil olan xarici ölkə
vətəndaşları əsasən Rusiya , Gürcüstan, Türkiyə və Ukrayna vətəndaşlarıdır.
Qeyd edək ki, azərbaycanlıların ailə qurduğu əcnəbilər arasında Türkiyə vətəndaşları
üstünlük təşkil edir. Belə ki, 2015-ci ilin statistikasına görə, türkiyəli
kişilərlə evlənən azərbaycanlı gəlinlərin sayı 1653 nəfər olub. Türkiyə
qızlarının ərə getdiyi azərbaycanlı kişilərin sayı isə cəmi 85 nəfər təşkil
edib.
Qeyd edək ki, 2015-ci ildə Azərbaycan vətəndaşları ilə əcnəbi şəxslər arsında 2680 nikah bağlanıb. 2014-cü ildə isə bu rəqəm 1816 olub.
Əcnəbilərlə ailə quran azərbaycanlıların sayı 2013-cü ildə 2 780, 2012-ci ildə 2688 təşkil edib.
Demokratik.Az
