Demokratik TV
Bürclər bugünə nə deyir?
Qoç - gəlirlər olacaq. Alış-verişdə istədiyiniz əşyanı ala bilərsiniz. Axşam saatlarına yaxın romantik təmaslar ola bilər. Münasibətlər bir qədər sonra ciddi əlaqələrə çevriləcək.
Buğa - yaşananlara rəğmən təmkini itirməyin. Soyuqqanlı davranın, atacağınız addımların tələsik olmamasına çalışın. Yaranan istənilən problemin və ya çətinliyin öhdəsindən gələ biləcəksiniz. İşdə fikir ayrılıqları ola bilər. Mövqeyinizi müdafiə edin, geri çəkilməyin.
Əkizlər - hadisələrin inkişafı düzgün mövqe tutduğunuzu göstərəcək. Axşam saatları peşəkar fəaliyyətlə bağlı önəmli məsələlərin müzakirəsi və həlli üçün yaxşıdır. Şəxsi münasibətlərdə diqqətli olun. Yeni tanışlara planlarınızdan danışmayın. Onlar ilk baxışdan göründüyü kimi deyillər.
Xərçəng - günün ilk yarısında müsbət təmayüllərin təsiri artacaq. Çətinliklər yaranarsa, narahat olmayın. Problemlər müvəqqətidir və onları çözmək olar. Əvvəlcədən hazırladığınız plana qayıdın. Çoxdan bəri düşündüyünüz məsələni həyata keçirin. İşdə önəmli məsələlərin müzakirəsi üçün yaxşı gündür.
Şir -yeni işə çıxmaq olar. Ailə üzvləri ilə münasibətlər rəvan və harmonik olacaq. Qayğıkeş olun. Münaqişə və qarşıdurmalara yol verməməyə can atın. Ünsiyyətdə çətin olan insanla dil tapmağa can atın.
Qız - günün ilk yarısı mürəkkəb keçəcək. Gərəkli nəticəyə nail olmaq üçün çox çalışmalı olacaqsınız. Yardımlarına bel bağlamağa adət etdiyiniz insanlar sizi yarıyolda qoya bilərlər.
Tərəzi - yeni layihəni həyata keçirməyə hazır olun. Aktiv və enerjili olun, qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın. Axşam saatlarında gəzintiyə çıxın.
Əqrəb - xoş görüşlər olacaq. Dəyər verdiyiniz insanla qarşılaşacaqsınız. Ailə münasibətləri ilə bağlı mühüm məsələləri müzakirə etmək olar.
Oxatan - günün ilk yarısı o qədər də uğurlu deyil. Əhvalınız korlana bilər. İşdə problemlər, maliyyə çətinlikləri istisna deyil. Narahat olmayın. Saatlar keçdikcə vəziyyət yaxşılaşmağa başlayacaq. Nikbin olun, qüvvə və potensialınıza güvənin.
Oğlaq - əlverişli zamandır. Yaranmış şəraitdən faydalanmağa çalışın. İstənilən situasiyada yaxşı nə isə var. İşgüzar danışıqlar pis keçməyəcək. Nüfuzlu insanların dəstəyini ala bilərsiniz. Onlar genişmiqyaslı planı və ya layihəni həyata keçirmək üçün müttəfiq tapın.
Dolça - şəxsi münasibətlər baxımından pis deyil. Axşam saatlarına yaxın tək qalın, düşünüb-daşının. Ailə üzvlərindən biri ilə fikir ayrılıqları yarana bilər.
Balıqlar - sakit və təmkinli davranın. Təxribatlara uymasanız, gün yaxşı keçəcək. Yaxın ətrafınızdakı insanlar səbrinizi tarıma çəkəcəklər. Belə tələlərə düşməyin. İş yerini dəyişmək, yeni tanışlıqlara can atmaq məsləhət deyil.
milli.az