"...çalış,mən böyüyənə qədər yaşama” - 10 yaşlı "Lənkəranski" and içdi

  • 16 okt 2016, 12:28
Azərbaycanda 10 yaşlı Sami məşhur kriminal avtoritet Rövşən Lənkəranskinin intiqamını alacağına and içib 

Rövşən Lənkəranskinin öldürülməsindən təsirlənən balaca Sami özünə Lənkəranski təxəllüsü götürüb.

Sami Lənkəranski 10 yaşı olmasına baxmayaraq, Rövşənin qəbrini ziyarət edib, məzarı üstə gül qoyub.

Rövşən Lənkəranskinin ölümündən təsirlənən balaca onun qəbrinin üstündə qisas alacağına and içərək, məşhur avtoritetin ölümündə adı keçən Şakro Molodoya da mesaj göndərməyi unutmayıb. 

"Şakro Molodoy, çalış mən böyüyənə qədər yaşama”, - şahidlərin sözlərinə görə, 10 yaşlı uşaq qəbrin üstündə bu sözləri də deyib.

Balaca Samini tanıyanlar onun bu məsələyə uşaq təxəyyülü ilə yanaşdığını deyirlər. Sadəcə, Rövşən Lənkəranskinin sağlığında hər kəsə kömək etdiyini, ədalətli, düzgün və nüfuzlu olduğunu öyrənən Samiyə məşhur avtoritetin ölümü olduqca pis təsir edib.
Oxşar xəbərlər