Hitlerin hücumunu ilk xəbər verən jurnalist – Foto

  • 12 okt 2016, 08:25

Klare Hollinqvorst jurnalistika kariyerasına müdhiş bir xəbərlə başladı. 1 sentyabr 1939-cu ildə alman birliklərin Polşaya girdiyini, II Dünya savaşının başladığını dünyaya ilk bildirən o oldu.

 


Axar.az xəbər verir ki, 1911-ci ildə İngiltərənin Lester şəhərində dünyaya gələn Hollinqvorst hazırda Honkonq şəhərində yaşayır.

 

Yaxın qohumu Patrik Qarrett Hollinqvorstun həyatından bəhs edən kitab yazıb. Onun Polşaya ezam olunduqdan sonra yaşadıqlarını DV-ə danışan yazar xanım müxbirin müharibənin ən dəhşətli səhnələrinə şahidlik etdiyini deyib:

 

"Klare işğaldan bir neçə gün öncə sərhəd boyu kəşfiyyat işləri aparan alman tanklarını gördü. 29 avqustda "Deyli Teleqraf” qəzeti üçün qələmə aldığı ilk xəbərdə 1000 tankın Polşa sərhədinə yerləşdirildiyini və 10 diviziyanın hücuma keçmək üçün əmr gözlədiyini yazdı.

 

Hücumun başladığı gün – 1 sentyabr 1939-cu ildə o, Katoviçe şəhərindəydi. Bombardmançı təyyarələrin gurultusuna yuxudan ayıldı. Gərginlik çoxdandır hiss edildiyi üçün polşalılar öncə bunu hərbi təlim zənn etdilər.

 

Klare dərhal müdirinə zəng etdi. Müdiri də məlumat əldə etmək üçün Polşa Xarici İşlər Nazirliyinə zəng etdi. Nazirlik Polşaya hücumu mətbuatdan öyrənmişdi. XİN əvvəl hücumu təkzib etdi. Ancaq telefon danışığı davam edərkən Varşavada həyəcan siqnalı eşidildi. Paytaxt sakinləri müharibənin başladığını anlamışdı”.

 

Qarrett Hollinqvorstun müasir dünyanın problemlərinə baxış tərzinin fərqli olduğunu deyib:

 

"Onun dünyada baş verən hadisələrdən bəhs edən yazıları bu gün də aktuallığını itirməyib. ABŞ-da prezidentliyə namizəd Donald Trampın NATO üzvləri ilə məsafəli siyasət yürütmək planı barədə dedikləri Klarenin 1960-cı illərdən bəri yaxından izlədiyi mövzulardan biridir. Klare İsrail dövləti qurulanda orada olub. II Dünya müharibəsini də Yaxın Şərqdə keçirib”.

 

İran şahından müsahibə alan dünyanın ilk qadın müharibə müxbiri olan Hollinqvorstun hazırda 105 yaşı var.

 

Demokratik.Az

Oxşar xəbərlər