Marsda yaşam üçün yer tapıldı

  • 11 okt 2016, 08:54
Marsın şimalındakı "Deuteronilius Mensae” bölgəsinin yaşayış məskəni salmaq üçün əlverişli olduğu vurğulanıb.

"Qafqazinfo” "TASS”a istinadən xəbər verir ki, tədqiqatçılar sözügedən bölgədə böyük həcmdə buz halında suyun olduğunu qeyd ediblər.

Alimlər ərazinin radiusunun 100 kilometrdən çox olduğunu, bu yerin Utopia və Məsih düzənliyi arasında yerləşdiyini bildiriblər.

Qeyd edək ki, NASA-nın planlarına əsasən 2030-cu ildə ilk insan Marsa göndəriləcək.

Milyarder İlon Maskın "SpaceX” kosmik şirkəti isə bu missiyanı daha tez 2024-cü ildə həyata keçirməyi planlaşdırıb.


 

Oxşar xəbərlər