Ağalarovlar Siqalın tədbirində - FOTO

  • 02 okt 2016, 13:14
Sentyabrın 30-da Moskvada amerikalı kinoaktyor Stiven Siqalın "U-Boat” brendi ilə əməkdaşlığı çərçivəsində istehsal olunan saatlarının kapsul kolleksiyasının təqdimatı keçirilib.

"Qafqazinfo”nun "Spletnik.ru”ya istinadən verdiyi məlumata görə, ilk öncə brendin Moskvanın Petrovka küçəsində yerləşən mağazasında başlayan tədbir daha sonra "Nobu” restoranında davam edib.

Mərasimə Rusiya şou-biznesinin nümayəndələri – Natalya İonova, Kseniya Sobçak, Kseniya Suhinova, Aleksandr Revva, eləcə də azərbaycanlı iş adamı Araz Ağalarov və oğlu, müğənni-bəstəkar Emin Ağalarov da qatılıb.
 
Demokratik.Az
Oxşar xəbərlər