Balqabağın faydaları var

  • 25 sen 2016, 19:00
Qış aylarının əvəzolunmaz məhsullarından biri olan balqabağın tərkibindəki vitamin və minerallar sayəsində sağlamlığa bir çox cəhətdən fayda verir.

O, təbii lif qaynağıdır və pəhriz proqramlarında istifadə olunur, çünki toxluq hissi yaratdığı üçün arıqlamağa kömək edir.

Balqabağının tərkibində nişasta, şəkər, yağ, sink, maqnezium, beta karotin, A, B və C vitaminləri və amin turşuları var. Həzm sistemini sürətləndirir və rahatlaşdırır. Beləliklə, qəbizlik problemini aradan qaldırır. Bağırsaq parazitləri, sidik kisəsi xəstəlikləri və prostat müalicəsində istifadə edilə bilər. Antioksidant xüsusiyyəti sayəsində xolesterin xəstəliyinə qarşı yaxşı təsir göstərir və qandakı yağ nisbətini aşağı salır. Həmçinin bədənin hər hansı bir yerində yaranan iltihabın yaxşılaşmasına şərait yaradır.

Balbalqabağın tərkibində olan A və E vitaminləri sayəsində xüsusilə göz sağlamlığında müsbət təsir edir.

Dəri və hüceyrə yenilənməsinə böyük təsir göstərir. Antioksidant xüsusiyyəti sayəsində xərçəngə qarşı orqanizmin müqavimətli olmasını təmin edir. Orqanizmi mikroblardan qoruyur, immunitetin möhkəmlənməsində olduqca təsirlidir.
Oxşar xəbərlər