Britaniyalı arvadını “eBay”da satışa çıxardı

  • 15 sen 2016, 18:39

Böyük Britaniyanın Ueykfild şəhərinin 33 yaşlı sakini Coker Seymon Okeyn özünün 27 yaşlı həyat yoldaşı Leandranı "eBay” internet hərracına çıxarıb. 

İKT.lent.az-ın "The Daily Mirror” nəşrinə istinadən məlumatına görə, kişi öz hərəkətini onunla əsaslandırıb ki, o, həyat yoldaşına özünü pis hiss etdiyi ilə bağlı şikayətləndiyi zaman arvadı olduqca laqeyd yanaşıb. Yeri gəlmişkən, cütlüyün iki övladı var. 
 
Coker həyat yoldaşının müsbət tərəflərini də qeyd edib. Onun sözlərinə görə, onun qəşəng bədən quruluşu var və yaxşı yeməklər bişirir. "Ümumilikdə o, heç də pis model deyil. Düşünürəm ki, onu əldə edən olduqca xoşbəxt olacaq”, - deyə əri elanda yazıb.
 
Cokeri təəccübləndirən isə o olub ki, iki gün ərzində onun həyat yoldaşının qiyməti 66 min funta qədər bahalaşıb.

 

Ərinin onu satmaq fikrinə düşdüyünü öyrənən Leandra qalmaqal salıb və onu "öldürəcəyi” ilə hədələyib. "Həmkarlarım bu elana o qədər gülüblər. Onun məni satışa çıxarması azmış kimi, hələ mənim ən bərbad şəklimdən istifadə edib”, - deyə qadın bildirib.
 
Coker etiraf edib ki, qəlbində o da "böyük uşaqdır”. Həyat yoldaşını satışa çıxarması ilə bağlı elanın yerləşdirilməsi isə onun həyatda etdiyi ən qeyri-adi əməl olub.

 

Demokratik.Az

Oxşar xəbərlər