Demokratik TV
Xəbər lenti
Xəzərdəki naməlum ağ köpüyün mənbəyi bilindi - VİDEO
- 04 iyul 2016, 10:19
Xəzərin Mərdəkan, Buzovna sahillərində suyun üzərində aşkarlanan ağ rəngli maddədən götürülən müayinələrin nəticələri açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Mirsalam Qənbərov Publika.az-a açıqlamasında bildirib ki, götürülən nümunələrin laborator araşdırılması zamanı toksikoloji və mikrobioloji göstəricilərdə dəyişiklik müşahidə edilməyib: "Mütəmadi olaraq Xəzər dəniz obyektlər ətrafında, sahil zolağında müşahidə aparılır. İki gün əvvəl ağ maddə aşkarlanandan sonra götürülən nümunələrdə əvvəlki günlərdən fərqli nəticələr əldə edilməyib. Hər hansı maddə atılıbsa, bu davamlı xarakter almadığı üçün zərərli, yad bir cismin olduğunu sübut etmir. Gün ərzində Xəzərdə monitorinqlərimiz davam edib. Dalğa və külək həmin maddəni bütün dənizə yayıb. Lakin hər hansı axıntı, yad bir cisim müəyyən edilməyib. Ağ ləkə müəyyən qədər çaşdırıcı məqam yaradır. Bu sahildən dənizə axıdılan suların sərt metereoloji şəraitdə dəniz suyu ilə görüşməsi nəticəsində yaranan fiziki proses ola bilər. Düzdür, həmin sular mütəmadi olaraq dənizə axıdılır. Sadəcə bu dəfə belə halın müşahidə edilməsinə səbəb hava şəraiti ola bilər”.
Qeyd edək ki, son günlər sosial şəbəkədə Xəzər dənizinin çirklənməsinə dair məlumatlar yayılıb. Həmin məlumatlarda naməlum maddələrin dənizə tökülərək insan sağlamlığı üçün təhlükə yaratdığı qeyd olunur.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti