Bill Qeyts gülüş hədəfi oldu

  • 28 iyun 2016, 15:16
Dünyanın ən varlı insanı olan Bill Qeyts "Facebook" da gülüş hədəfi olub. Anspress-in məlumatına görə, öz "Facebook" hesabında paylaşdığı şəkil ilə Taylanddakı yoxsulluğa diqqət çəkmək istəyən milyarder səhvə yol verib.

Bill Qeytsin elektrik naqilləri ilə telefon naqillərini qarışıq salması müzakirələrə səbəb olub.

"Problemli  infrastruktur səbəbilə bir çox region tez-tez gözlənilməz və ya planlı elektrik fasilələri ilə qarşılaşır. Bu şəkildə gördüyünüz kimi qarışıq naqilləri olan çox bina gördüm. Həm də bir çox ölkədə. Amma bura Taylanddır. İnsanlar elektrik kəsilmələrində qeyri-qanuni yollarla evlərinə işıq çəkərək ehtiyaclarını təmin etməyə çalışarkən həyatlarını təhlükəyə atmış olurlar", - deyə milyarder paylaşdığı şəkilə şərh yazıb.

"Texnologiya dahisi hələ telefon naqili ilə elektrik naqilini ayıra bilmir", - deyən sosial şəbəkə istifadəçiləri Taylandda elektrik sisteminin yetərincə təkmilləşdirildiyini, insanların elektrik əldə etmək üçün dirəklərə çıxmadığını bildiriblər.
Oxşar xəbərlər