Azərbaycanda yeni doğulan uşaqlara ən çox qoyulan adlar

  • 15 iyun 2016, 14:46
2016-ci ilin əvvəlindən Azərbaycanda doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb. Ədliyyə Nazirliyinin verdiyi xəbərə görə, ilin əvvəlindən dünyaya gələn uşaqlara ən çox qoyulan adlar Yusif və Zəhradır. Bu günə qədər dünyaya gələn 1161 oğlana Yusif, 1014 qıza isə Zəhra adı qoyulub. 


Son 5 ildə isə 17917 oğlana Yusif, 17140 qıza isə Zəhra adı verilib. 


Ən çox qoyulan adlar sırasında ilk onluqda sonrakı sıralarda Nuray (828), Hüseyn (833), Fatimə (650), Əli (785), Aylin (498), Ayan (498), Zeynəb (635) və Ömər (625) gəlir. 

Oxşar xəbərlər