"Whatsapp"dan əyləncəli yenilik

  • 08 iyun 2016, 16:43
Whatsapp"a daha bir yenilik əlavə olunur. Anspress-in məlumatına görə, proqramın  istifadəçiləri bundan sonra bir-birlərinə GIF qovluqlar da göndərə biləcəklər. Adı çəkilən yenilik hazırda İOS platformalı telefonlarda "WhatsApp"ın 2.16.7.1 versiyasında "beta" formada təqdim edilib.  

Bir müddət əvvəl ani mesajlaşma xidməti "WhatsApp"a daha bir yenilik əlavə edilib. Mart ayında sənədlərin transferinə icazə verən "WhatsApp" artıq zip qovluqların da göndərilməsini mümkün edib.

Mobil proqram tətbiqi vasitəsilə yaxın zamanlarda təkcə PDF faylları deyil, eyni zamanda zip qovluqları da telefon kitabçasında olan şəxslərə göndərmək mümkün olacaq.

Yeniliklər ilk olaraq beta rejim istifadəçiləri tərəfindən test ediləcək. Bir müddət sonra bütün android və iOS istifadəçilərinə təqdim ediləcək. 

Daha əvvəl isə öz istifadəçi sayını rekord həddə - 1 milyarda çatdıran "WhatsApp" daha bir yeniliklə istifadəçilərini sevindirib. Yeniliyə görə, "WhatsApp" vasitəsilə PDF sənədləri də göndərmək mümkün olacaq.

"iOS" və "Android" sistemli telefonlara tətbiq edilən yeni xidmət hələ ki "Windows" sistemli telefonlara şamil edilmir.
 
Demokratik.Az
Oxşar xəbərlər