Milyarder kasıblara lağ elədi-Türkiyədə

  • 24 mart 2016, 10:39
İş adamı Ali Ağaoğlu növbəti dəfə danışığı ilə sosial mediada insanların qəzəbinə səbəb olub.

Mətbuat konfransında o, bir neçə gün əvvəl terror baş verən Taksim meydanında olduğunu danışıb. Ağaoğlu hadisəni danışarkən etdiyi zarafatla gündəmə düşüb:

"Ortancıl xanımımı, oğlumu da götürüb İstiklal küçəsinə getdim. Çoxdandır ora gəlmirdim. Həm də nostalji oldu... Hadisənin olduğu yerə getdim. Millət kasıbdır, ora qərənfil qoyurdu, mən isə gül qoydum".

Bunun ardınca gülən milyarderin dedikləri sosial şəbəkələrdə müzakirələrə və kəskin tənqidlərə səbəb olub.

axsam.az