Sürücülərin nəzərinə

  • 19 mart 2016, 08:01
Polis gücləndirilmiş iş rejiminə keçir.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) imtahan-qeydiyyat və texniki baxış şöbələri bayram günlərin adi iş rejimində çalışacaq.

Bu barədə BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verib.

O qeyd edib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun polisin gücləndirilmiş iş rejiminə keçməsi barədə imzaladığı əmrə əsasən, Novruz bayramında qeyri-iş günü olmasına baxmayaraq, martın 19-dan 28-dək BDYPİ-nin imtahan-qeydiyyat və texniki baxış şöbələri də adi iş rejimində fəaliyyətini davam etdirəcək.
Oxşar xəbərlər