Moskva indi də milyarderlərin məskənidir...

  • 28 fev 2016, 22:22
Rusiyada maliyyə böhranına baxmayaraq, Moskva dünya milyarderlərinin yaşadığı üçüncü şəhərdir.

«The Newsweek» bunu müstəqil beyin mərkəzi olan Hurun İnstitutunun hesabatına əsasən yazır. Hesabata görə, ötən il ancaq Pekin və Nyu-York milyarderlərin sayı üzrə Moskvanı qabaqlayıb.
Sərvəti bir milyard dolları aşan 66 nəfər Rusiya paytaxtında yaşayır. Bu, ötən ildəkindən 7 nəfər azdır. Düşüşə baxmayaraq, Moskva Honq- Konqu (64) və Şanxayı (50) üstələyib.
Moskvanın ən varlı şəxsləri arasında nikel və neft maqnatı Vladimir Potanin və polad maqnatı Vladimir Lisinin adlarına rast gəlinir, hərəsinin var-dövləti 10 milyard dolları aşır.Özbəkistan kökənli Əlişir Usmanov, Ukraynada doğulmuş biznesmen Viktor Vekselberq də Moskva oliqarxlarındandır.
Pekində 100, Nyu-Yorkda isə 95 milyarder yaşayır.2014-cü ildə siyahıya Moskva başçılıq edirdi, 76 milyarderi vardı. Ancaq neftin qiyməti düşəndən, rubl ucuzlaşandan rusiyalı milyarderlərin ümumi sərvəti 36 faiz azalıb, 234 milyard dollara düşüb.Ümumilikdə isə, hazırda dünyada
2 min 188 milyarder var. Onların ümumi sərvəti 7 trilyon dollardan çoxdur.
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Demokratik.A
z
Oxşar xəbərlər