Tarixin ən qısa sürən 10 müharibəsi

  • 17 fev 2016, 21:23
Son iki əsrin ən qısa sürən 10 müharibəsini təqdim edirik:
 
Folklend müharibəsi 42 gün davam edib. Argentina və İngiltərə arasında 1982-ci ildə baş verən müharibə İngiltərənin qələbəsi ilə başa çatıb.
 
 
Polşa və Litva arasında 1920-ci ildə baş verən 37 günlük müharibədə Polşa qələbə qazanıb.
 
İkinci Balkan müharibəsi 32 gün davam edib. 1913-cü ildə Bolqarıstanla Yunanıstan, Serbiya, Rumıniya və Osmanlı arasında baş verən müharibə Bolqarıstanın məğlubiyyəti ilə nəticələnib.
 
1897-ci ildə baş verən 30 günlük Osmanlı-Yunanıstan müharibəsində türklər qələbə qazanıb.
 
Çin-Vyetnam müharibəsi 27 gün davam edib. 1979-cu ildəki müharibənin sonunda hər iki tərəf qələbəsini elan edib.
 
1918-ci ildə baş verən Gürcüstan- Ermənistan müharibəsi 24 gün davam edib. Anlaşılmazlığa səbəb olan bölgə üzərində birgə nəzarət təmin olunub.
 
Serbiya-Bolqarıstan müharibəsi 14 gün davam edib. 1885-ci ildə baş verən müharibədə Bolqarıstan qələbə qazanıb.
  
1971-ci ildəki 13 günlük Hindistan-Pakistan müharibəsi nəticəsində Banqladeş müstəqilliyini qazanıb.
  
Tarixə "altı günlük” müharibə kimi daxil olan müharibədə İsrail Misir, Suriya, İordaniya və İraqın birgə qüvvələri ilə döyüşüb. 1967-ci ildəki müharibədə İsrail qələbə qazanıb.
 
İngiltərə-Zanzibar müharibəsi cəmi 45 dəqiqə sürüb. 1896-cı ildə baş verən müharibə İngiltərənin qələbəsi ilə yekunlaşıb.

 
publika.az
Oxşar xəbərlər