63 milyon dollarlıq lotereyanın sahibi hələ də tapılmır

  • 05 fev 2016, 20:16
63 milyon dollarlıq uduşa düşən biletin sahibi tapılmadı ki, tapılmadı. ABŞ-ın kaliforniya ştatında lotereya çəkilişlərindən birində iştirak edən naməlum şəxs, həyatını  180 dərəcə dəyişəcək uğur qazanıb. Cek Potla  63  milyon dollar qazanan şəxsin sadəcə bir problemi var. O da uduşdan xəbərsiz olmasıdır.

Lotereya şirkəti aylardır   on milyonlarla dollar qazandıran biletin sahibinin yolunu gözləyir. Həmin biletin satıldığı dəqiqləşmiş olsa da, indiyədək heç kim,  həmin biletlə 63 milyon dolları almağa gəlməyib. Qalibdən bugün də xəbər çıxmasa həmin pullar batacaq.

ABŞ-da indiyədək bu qədər vəsait hər hansı lotereya çəkilişində batmayıb. Son oxşar hadisə 13 il əvvəl baş verib.  2003-cü ildə 28 milyon dollar qazanan bir şəxs bileti vaxtında təqdim edə bilmədiyi üçün uduşdan kənarda qalmışdı.

Ümumiyyətlə, ABŞ-da keçirilən lotereya oyunlarında irili-xırdalı hər il 2 milyard dollara yaxın uduşun sahibləri gəlib pullarına  sahib çıxmır.  Təkcə onu demək kifayətdir ki, ötən il  114 nəfər 1 milyon dollar mükafat qazansa da, pulları almağı unudub və biletin vaxtı sona çatıb.

atv.az