Barak Obama ilk dəfə məscidə gedəcək

  • 31 yan 2016, 18:33

Amerika prezidenti Barak Obama öz postunda ilk dəfə olaraq Merilend ştatının Baltimor şəhərində yerləşən məscidi ziyarət edəcək.

 

Demokratik.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Baltimore Sun" nəşri yazıb.

 

Yazıda qeyd olunur ki, onun məscidə ilk gedişi anti-müsəlman əhval-ruhiyyəsinin artmasından yaranan narahatçılıqla bağlıdır.

 

Obama Baltimorun İslam icması qarşısında çıxış edəcək və onlarla etiqad azadlığı məsələləri ilə bağlı müzakirələr aparacaq.

Oxşar xəbərlər