Facebook-un təsisçisi bir günə 6 milyard qazandı

  • 29 yan 2016, 22:56
Facebook sosial şəbəkəsinin təsisçisi və baş direktoru Mark Tsukerberq bir gün ərzində planetin ən varlı insanları siyahısında iki pillə qalxıb və altıncı yerə sahib olub.

Bloombergin versiyasına görə, M.Tsukerberqin gəliri Facebook-un hesabatı dərc etdirildikdən sonra gəlir çox qısa zaman ərzində 6,2 milyard artıb.

Bloomberg Facebook-un təsisçisinin aktivlərini 47,6 milyard dəyərləndirib. Reytinqə görə, M.Tsukerberq bununla Koch Industries rəhbərləri Çarlz və Devid Kox (siyahıda altıncı və yeddinci yerlər) qardaşlarını geridə qoyub.

Hazırda M.Tsukerberqdən varlı olanlar bu şəxslərdir: "Microsoft” şirkətinin təsisçisi Bill Qeyts, Amazon rəhbəri Cozef Bezos, amerikanlı investor Uorren Baffet və biznesmen Karlos Slim.

Sosial şəbəkələrin məlumatına əsasən, Facebook-un 2015-ci il üçün gəliri 25 faiz artaraq 2,94 milyardan 3,69 milyarda yüksəlib.
 
Demokratik.Az